Sərxoş qadın pişiyi terrorçu hesab etdi
12 noyabr 2010 19:55 (UTC +04:00)

Sərxoş qadın pişiyi terrorçu hesab etdi

Lent.az-ın xəbərinə görə, vodkadan keflənən rus qadının gözünə evdəki pişik terrorçu kimi görünüb. Gecə yarısı qadın polisə zəng edərək “mənim pişiyimin belinə bomba bağlanıb” deyib. Hadisə yerinə gələn polislər pişiyin üstündə heç nə tapmadıqda bütün evi ələk-vələk ediblər. Lakin axtarış nəticə verməyib. Rus qadın indi bir neçə gün ayıltma məntəqəsində vaxt keçirməli olacaq.

Xatırladaq ki, Rusiyada hər il minlərlə insan saxta içkilərdən həyatını itirir.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar