Rusiyada hər 10 nəfərdən 4-ü həddən artıq içir
12 noyabr 2010 16:45 (UTC +04:00)

Rusiyada hər 10 nəfərdən 4-ü həddən artıq içir

Lent.az-ın “Rossiyskaya Qazeta”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin eksperti Yevgeni Biryun söyləyib.


O deyib ki, hazırda ölkədə rəsmən 2,7 milyon içki düşkünü var: “Ancaq bu, hazırda içki düşkünlüyündən qurtulmaq üçün müalicə altında olan insanlardır. Ancaq faktiki ölkə əhalisinin 40 faizi həddən çox spirtli içki içir. İçki düşkünlüyünün səbəbi iqtisadi, sosial çətinliklər, ailədaxili problemlərdir”.


Yevgeni Biryun ölkədə 530 min heroinə bağlı narkoman olduğunu da bildirib: “Ancaq bu, qeydiyyatda olanların sayıdır. Təxminlərimizə görə, Rusiyada 1,5 milyon narkoman var”.


Qeyd edək ki, rəsmi məlumatlara görə, hər il Rusiyada 30 min insan heroindən istifadə etdiyinə görə həyatını itirir. Keçən il yalnız Moskvada 825 nəfər həddən artıq dozada heroin qəbul etdiyi üçün ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar