Ermənistanda Ərdəbil iqtisadiyyatına dair sərgi açılır
Ərdəbil əyalətinin sənayeçilər təşkilatının sədri Məhəmmədcəfər Əsmai İranın «İRNA» agentliyinə müsahibəsində bildirib ki, bu yaxınlarda Ərdəbil, Şərqi Azərbaycan, Tehran , Kürdüstan, Xuzistan əyalətlərindən olan bir qrup sahibkar, sənayeçi və yerli hakimiyyət təmsilçiləri Ermənistana səfər ediblər. Onlar erməni həmkarları ilə ikitərəfli iqtisadi münasibətlərin inkişafından danışıblar.
Xatırladaq ki, hələ bir neçə il öncə İran İslam Respublikasının rəhbərliyi Güney Azərbaycanın Ərdəbil əyalətinə erməni iş adamlarını (o cümlədən Qarabağda yaşayan erməniləri) dəvət edəndə bu bölgənin mütərəqqi insanları hakimiyyətin bu addımına qarşı etiraz etdilər.
Onların etiraz aksiyası dağıdıldı. Həmin insanlar Ərdəbildəki məsciddə ermənilərin gəlişinə etiraz aksiyası keçirmək istədikdə polis onlara qarşı zor işlətdi. Xeyli adam həbs olundu. Yeri gəlmişkən, Abbas Lisani o vaxt da həbs edilmişdi.
İslam adı altında 73 milyonluq bir ölkəni öz iddia və hikkəsinin əsirinə çevirən Tehran hakimiyyəti belə davranışı ilə Azərbaycan Respublikasına qarşı da səmimi münasibətdə olmadığını çoxdan sübuta yetirib.
Bu günlərdə İran-Ermənistan ticarət əlaqələrinin inkişafından danışan İranın Kiş adasındakı azad iqtisadi zonanın təmsilçisi Rza Masrur qeyd edib ki, Yerevanla Tehranın əldə etdiyi razılığa əsasən, İran malları Ermənistan ərazisindən Gürcüstan, MDB və Avropa ölkələrinə daşınacaq. Bu məqsədlə İran - Ermənistan dəmiryolunun tikintisi də nəzərə tutulub.
On ildən artıqdır ki, Tehran hakimiyyəti Cənubi Astara ilə Şimali Astaranı birləşdirən dəmiryolu xəttinin tikintisini uzadır. Hər dəfə bununla bağlı bir bəhanə irəli sürür. Ancaq Rusiyanın dəstəklədiyi Ermənistan-İran dəmiryolu xəttinin gerçəkləşdirilməsini tərəflər diqqətdən yayındırmır.
Sədrəddin Soltan

646