Rusiyada erməniləri təlaşa salan qətl
Rusiyada 24 yaşlı erməni Mamikon Manukyan öldürülüb. Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Başqırdıstanın paytaxtı Ufa şəhərində baş verib.
Erməni gənclər kafedə yeyib-içərkən oradakı bir qrup gənclə mübahisəyə girişiblər. Mühafizəçilər gəncləri kafedən çıxarıblar. Küçədə mübahisə davam edib. Bu zaman ermənilərlə mübahisə edən gənclərdən biri cibindən tapançanı çıxarıb və 2 dəfə Mamikon Manukyanın başına atəş açıb.
Yaralı ermənini xəstəxanaya gətiriblər. Mamikon Manukyanın hələ ölmədiyini, xəstəxanada üzərində cərrahi əməliyyat aparıldığını eşidən silahlı şəxs birbaşa xəstəxanaya gəlib. Polis əməkdaşları palatada gənci görüblər və onu yaxalamağa cəhd göstəriblər. Ancaq o, palatadan qaçıb və polislərə onu saxlaya bilməyiblər. Mamikon Manukyan isə həkimlərin səyinə baxmayaraq, həyatını itirib.
Hazırda Başqırdıstanda ermənini öldürən gənc axtarılır. Başqırdıstan paytaxtındakı ermənilər təlaşa düşüblər.

549