Türkiyədə 1 dəqiqəlik sükut
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, böyük dövlәt adamının vәfatının ildönümü münasibәtilә Türkiyədə, xarici nümayәndәliklәrdә vә Quzey Kıbrıs Türk Cümhuriyyәtindә rәsmi tәdbirlәr keçirilir.
Atatürkün Ankaradakı mavzoleyindә dövlәt rәsmilәrinin qatıldığı mәrasim keçirilib. Atatürkün hәyata gözlәrini yumduğu saatda - yәni 9:05-dә ölkәdә siqnallar çalınıb, hörmәt әlamәti olaraq 1 dәqiqәlik sükutla yad edilib.
Dövlət rəsmiləri eyni dəqiqələrdə Atatürkün mənəvi hüzurunda sayğı duruşunda durub. Prezident Abdulla Gül Anıtqəbirin xüsusi dəftərinə qeyd yazıb: “Böyük Atatürk, əbədiyyətə qovuşmanızın 72-ci ilində sizi sayğı ilə yad edirik. Türkiyə göstərdiyiniz hədəflər istiqamətində qərarlılıqla irəliləməkdə davam edir. Türk milləti olaraq sizə minnətdarlığımızı ifadə edirik”.
Türkiyədə bütün dövlәt orqanlarında bayraqlar yarıya qәdәr endirilib və 2 dəqiqəlik sayğı duruşu olub. Atatürkün vәfat etdiyi “Dolmabaxça” sarayı da Atatürkü sevәnlәrin ziyarәt yerinә çevrilib. Bu dəqiqələrdə isə Atatürk Mədəniyyət, Dil və Tarix Şurasında da anım mərasimi başlayır. Mərasimdə prezident Abdulla Gül vә baş nazir Rəcəb Tayyib Әrdoğanın da iştirakı planlaşdırılır.

Oxşar yazılar

Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər
20 iyun 2025 , 20:42
Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi
20 iyun 2025 , 20:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25