Ən məşhur qatil yenə danışdı
10 noyabr 2010 10:18 (UTC +04:00)

Ən məşhur qatil yenə danışdı

“Milliyət” qəzetinin baş redaktoru Abdi İpekçini qətlə yetirən, Vatikanda Papa II İohan Pavelə qarşı sui-qəsd həyata keçirərək onu yaralayan Mehmet Ali Ağca növbəti şok açıqlamalar verib.

Lent.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, telekanalın “Sirli otaq” verilişinə qonaq olan Mehmet Ali Ağca bu il yanvar ayının 18-də azadlığa çıxdıqdan sonra ilk dəfə Papa II İohan Pavelə qarşı həyata keçirdiyi sui-qəsd barədə ətraflı danışıb.

Mehmet Ali Ağca deyib ki, ona Roma Papası II İohan Paveli vurmaqla bağlı təlimatı o dövrdə Vatikanın baş naziri olan Agustino Kazoroli verib: “Bizim onunla danışıqlarımız Sürixdə başlamışdı. Mənə dedi ki, vur, ancaq öldürmə, yarala. Roma Papası vurulacaq, kommunist SSRİ dağılacaqdı. 4-5 ayda Vatikandan 40-50 min dollar pul aldım. Silahı da özüm əldə etdim və bu planı həyata keçirdim”.

Mehmet Ali Ağca bildirib ki, 22 iyun 1983-cü ildə onu həbsxanada ziyarət edən II İohan Pavellə 22 dəqiqə söhbət ediblər: “Qəribədir, məndən sui-qəsdlə bağlı heç nə soruşmadı. Çünki hər şeyi bilirdi. Dedi ki, sənin üçün hər gün dua edirəm. Daha sonra II İohan Pavel ətrafındakı italyanları uzaqlaşdırdı, ətrafına polyakları topladı. Yanımda Vatikan kəşfiyyatının bir agenti də vardı, hazırda o ölüb. Padre Mikele adlı agentin gerçək adını açıqlamayacağıma söz verdim”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar