İsraildə türk deputat saxlanılıb
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Mehmet Kaplan bu ilin mayında Qəzza sektoruna humanitar yardım aparan və israillilərin hücumuna məruz qalan “Mavi Marmara” gəmisində olub.
Mehmet Kaplan təyyarə ilə İsrailə gəlib və 40 dəqiqə sonra Təl-Əviv aeroportunda İsveçdəki İsrail səfirliyindən gəlişi ilə bağlı viza almadığı, prosedur qaydaları pozduğu əsas gətirilərək saxlanılıb. Bu barədə İsrail Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sabin Xadad məlumat verib.
Mehmet Kaplanla birlikdə israilli bəstəkar və musiqiçi Dror Feyler də saxlanılıb. Dror Feyler bir zamanlar nümayişkəranə surətdə İsrail vətəndaşlığından imtina edib və İsveçdə məskunlaşıb. O da Təl-Əviv aeroportuna gələn saat saxlanılıb.
Qeyd edək ki, Mehmet Kaplan və Dror Feyler Mavi Mərmərə gəmisində olduqları üçün mayın 31-də saxlanılıblar. Azadlığa buraxılan zaman isə öhdəlik imzalayıblar ki, əgər İsrailə gəlmək istəsələr, İsrailin həmin ölkədəki səfirliyindən viza alacaqlar.
İsrail Daxili İşlər Nazirliyi hər iki şəxsin yaxın vaxtlarda İsraildən deportasiya ediləcəyi barədə məlumat yayıb. İsveçin İsraildəki səfirliyi hazırda problemin həlli ilə məşğuldur.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06