Kipr adasında türklərin qanı töküldü
Noyabrın 7-də Kiprin yunan kəsiminin Larnaka şəhərində ənənəvi millətçiliyə və ayrı-seçkiliyə qarşı təşkil edilən Rainbov Festivalında qan tökülüb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, minlərlə insan bu konserti izləmək üçün toplanıb.
Bu zaman Kipr yunanlarının “Müqavimət Hərəkatı” və “Bütün Kiprin Anti-İşğal Hərəkatı” adlı təşkilatların 100-ə yaxın üzvü festival keçirilən yerə gəliblər. Polis barrikadası qarşısında Yunanıstanın milli marşını oxuyan qrup “Gəlmələr Kiprdən rədd olsunlar! şüarları səsləndirməyə başlayıblar. Daha sonra onlar festival səhnəsinə şüşə atıb, musiqi qrupları səhnədə oxuyarkən elektrik xətlərini kəsiblər.
Şovinistlər daha sonra polis barrikadasını yararaq festival sahəsinə daxil olmağı bacarıblar. Onlar festivala qatılanlara dəyənək, zəhərli boya və bıçaqlarla hücum çəkiblər. Festival iştirakçıları isə onlara daş və stullarla qarışıqlıq veriblər. Olaylar zamanı festivalda oxumağa gələn Şimali Kipr Türk Cümhuriyyətinin müğənnisi Sertunç Akdoğdu da yaralanıb. Dəyənəklə döyülən 30 yaşlı müğənni ağ ciyəri və mədəsindən 2 bıçaq yarası da alıb. O, 3-4 gün xəstəxanada qalacaq. Festivala qatılan başqa bir türk də döyülüb. Polis olayların qarşısını çətinliklə alıb. Olaylar zamanı ümumilikdə 11 nəfər yaralanıb, 7 nəfər saxlanılıb.
Şahidlər isə baş verənlərə görə yunan Kiprinin polislərini günahlandırıblar. Beran Cemal adlı türk deyib ki, olaydan sonra festivala gələn bir çox türk polislərin onları mühafizə etməsini istəyib, polis bununla razılaşmayıb. Hücum edənlərə qarşı da heç bir tədbir görülməyib...

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06