İstanbul boğazında gəmilərin hərəkəti yenə dayandırıldı
Noyabrın 6-da axşam saatlarından başlayaraq İstanbulu yenə duman bürüyüb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, görüntü məsafəsi 100 metrə qədər azalıb.
Noyabrın 6-da saat 18:20-dən gəmilərin İstanbul boğazından keçməsinə qadağa qoyulub. İstanbulun Anadolu və Avropa hissələrinə gəmi bərə və kiçik tutumlu gəmilərlə şəhər sakinlərinin daşınması da dayandırılıb.
İstanbuldakı hava limanları da təyyarələri qəbul etməkdə çətinlik çəkir. Təyyarələr İzmirə yönləndirilir.
Meteoroloqlar Mərmərə bölgəsi, o cümlədən İstanbulda bu gün günortadan sonra küləyin artması ilə dumanın azalmağa başlayacağını bildirirlər. Şərqi və Mərkəzi Anadoluda isə gələn həftə boyu dumanın müşahidə olunacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 5-də də qatı duman səbəbindən İstanbul boğazında gəmilərin hərəkəti dayandırılmışdı.

Oxşar yazılar

Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi
16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu
16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 , 11:55
Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 , 07:43
Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr endirdi
16 iyul 2025 , 05:32