Məşhur narkomafiya lideri öldürüldü
Meksikada güclü narkomafiyalardan biri sayılan “Körfəz İttifaqı”nın lideri olan “Toni Tormenta” ləqəbli Esekil Kardenas Qilen ABŞ-ın Texas ştatı ilə sərhəddə yerləşən Matamoros şəhərində xüsusi təyinatlılarla döyüşdə güllələnib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, döyüş zamanı narkomafiya liderinin 3 mühafizəçisi də öldürülüb.
Esekil Kardenas Qilen narkomafiyaya rəhbərlik edən, 2003-cü ildə isə polis tərəfindən həbs edilərək ABŞ məhkəmə orqanlarına təhvil verilən qardaşı Osielyanı əvəzləyib. ABŞ-a narkotik vasitələr daşıyan bu cinayətkar qruplaşma ölkədə çoxsaylı qanlı cinayətlərin də təşkilatçısıdır. Bu qruplaşma Meksikanın Tamaulipas və Nuevo-Leon ştatlarında bazalarını yaradıb və Meksikanın şərqindən ABŞ-a narkotik daşınmasında əsas rol oynayır. ABŞ Dövlət Departamenti “Körfəz İttifaqı”nın liderlərinin saxlanılmasına yardım edəcək informasiyanın verilməsinə görə mükafat da ayırıb.

562