ABŞ prezidenti Asiya ölkələrinə səfərə çıxıb
Lent.a-ın “CNN”ə istinadən verdiyi məlumata görə, Barak Obama səfər çərçivəsində ilkin olaraq Hindistana gələcək.
ABŞ prezidenti daha sonra İndoneziya, Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Səfərdə məqsəd bu ölkələrlə iqtisadi əlaqələrin yaxşılaşdırılmasıdır.
Barak Obama Hindistan rəhbərliyi ilə ticarət, terrorizmə qarşı ölkələr arasında əməkdaşlıq müzakirə olunacaq. Barak Obama və xanımı Mişel Obama 2008-ci ilin noyabrında terrorçuların əsas hədəflərindən biri olmuş Mumbaydakı Tac-Mahal otelində qalacaqlar. ABŞ prezidenti amerikalı və hindistanlı biznesmenlərlə də görüşəcək. Barak Obama səfərdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Hindistan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ən uzunmüddətli olacağı xarici ölkə olacaq.
Hindistandan sonra isə Barak Obama uşaqlığının keçdiyi İndoneziyaya yollanacaq. ABŞ prezidenti Seulda “20-lər”in görüşündə də iştirak edəcək.

499