BMT-nin seksual istismarla mübarizə aparacaq təmsilçiləri müəyyənləşdi
Məşhur “Hollivud” cütlüyü - aktrisa Demi Mur və aktyor Eşton Katçer BMT-nin seksual istismara qarşı mübarizə aparacaq yeni Fonduna rəhbərlik edəcəklər. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, onlar insan alverinin qurbanı olmuş insanlara yardım göstərəcəklər.
Fond BMT-yə üzv ölkələr və könüllü donorlar tərəfindən maliyyələşdiriləcək. Demi Mur deyib ki, Eşton Katçerlə birlikdə seksual zorakılığa məruz qalmış, zorla müharibədə iştiraka məcbur edilmiş çoxlu sayda uşaqla söhbət ediblər: “Cinayətkarlar seksual istismara məcbur etdikləri qızlardan hər il orta hesabla 200 min dollar alırlar. Bu uşaqları müntəzəm zorlayırlar. Hər 100 uşaqdan 1-i bu fəlakətdən can qurtarır”.
Eşton Katçer isə dövlətləri bu məsələyə tək humanitar yox, həm də milli təhlükəsizlik problemi kimi baxmağa çağırıb: “Uşaqları seksual istismara məcbur edənlər həm də qeyri-qanuni narkotik vasitə və silah alveri ilə məşğuldurlar. Onların əldə etdikləri maliyyə vəsaitləri sonradan terrorçuların maliyyələşdirilməsinə yönəldilir”.

Oxşar yazılar

Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 10:07
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06