PKK İstanbul terrorunun məsuliyyətini öz üzərinə götürdü
Bazar günü İstanbulda 32 nəfərin yaralanmasına yol açan partlayışa görə məsuliyyəti PKK terror təşkilatına bağlı Kürdüstan Azadlıq Şahinləri öz üzərinə götürüb. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, böyük şəhərlərdə və turist bölgələrində aksiyalar təşkil etmək üçün qurulan və PKK terror təşkilatına bağlı olan Kürdüstan Azadlıq Şahinlərinin bununla bağlı internetdə bəyanatları yayılıb.
Bu qrup ABŞ tərəfindən də 2008-ci ildə terror təşkilatı kimi tanınıb.
Qeyd edək ki, partlayışı törədən kamikadze, 24 yaşlı Vedat Acar Vanın Gürpinar rayonunda qeydiyyatdadır. Vedat Acar 2004-cü ildə PKK terror təşkilatının sıralarına daxil olub, terror düşərgələrində təlim keçib. O, 3 ay öncə İraqdan, Haburdan Türkiyəyə daxil olub.
Türkiyəyə gələn Vedat Acarın ailəsi İstanbulda Bağcılar məhəlləsində yaşasa da, 1 ay əvvəl ailəsindən ayrılaraq Bahçelievlər Şirinevlər məhəlləsində bir ev kirayələyib. Olaydan əvvəl Vedat Acar kirayə qaldığı evin sahibindən 15 buz qabı istəyib. Barda işləyən ev sahibi bu qabları gətirib. Vedat Acar bu qablardan ikisindən partlayış zamanı istifadə edib, digər 13 qab qaldığı evdə aşkarlanıb.

Oxşar yazılar

İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 10:07
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06
Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24