Avropanın ən nüfuzlu 10 müsəlman qadını - SİYAHI
04 noyabr 2010 17:03 (UTC +04:00)

Avropanın ən nüfuzlu 10 müsəlman qadını - SİYAHI

Lent.az-ın “gzt.ru” saytına istinadən verdiyi məlumata görə, müsabiqənin əsas təşkilatçısı “Connecting European Dynamic Achievers of Role Models” (CEDAR) olub. GEDAR-la bərabər, müsabiqənin təşkilatçıları sırasında London Strateji Dialoq İnstitutu, Madriddəki Ərəb Evi, Britaniya Şurası, Açıq Cəmiyyət Fondu və “Vodafon”un Almaniya bölməsi də var.


Qaliblər üçün Madridin “Vellington” otelində təntənəli mərasim təşkil olunub və onlara billur heykəlciklər təqdim olunub.


Qeyd edək ki, seçim mərhələsi 2009-cu ilin sentyabrında keçirilib. İlk əvvəl siyahıda 11 ölkədən 65 nəfər olub. “Connecting European Dynamic Achievers of Role Models” (CEDAR) daha sonra bu siyahıdan 26 nəfəri seçib. Nəhayət, oktyabrın 30-da Madriddəki Ərəb Evində xüsusi Münsiflər Heyəti 10 qalibi müəyyənləşdirib.


Münsiflər Heyətinin sədri, “BBC”nin jurnalisti Razi İqbal deyib ki, seçim çox çətin olub. Təqdimat mərasimində çıxış edən Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin həyat yoldaşı Şeri Bleyer deyib ki, “bizi ayıran dəyərlərdən çox birləşdirən dəyərlər var”.


Avropa ən nüfuzlu 10 müsəlman qadını aşağıdakılardır:

- Ndeye Anduxar – İspaniyalı feminist, “Webislam.com” saytının direktoru;

- Şahida Fatima – Böyük Britaniyanın ən məşhur vəkillərindən biri, Böyük Britaniyada ilk müsəlman qadın hakim olmağa hazırlaşır;

- Zaha Hadid – ilk qadın-memar, nüfuzlu “Pritzker” memarlıq mükafatının laureatı;

- Sağina İqbal – “Deaf Paenting of UK” Assosiasiyasının yaradıcısı və prezidenti;

- Lamya Kadoor – Almaniya müsəlmanlarının bir hissəsini birləşdirən Liberal-İslam İttifaqının qurucusu;

- Sineb El Masrar – Avropadakı qadın miqrantlardan bəhs edən “Gazelle” jurnalının qurucusu və direktoru;

- Bani Noo – İsveçdəki Müsəlman Qadınların Assosiasiyasının prezidenti;

- Nabila Ramadani – jurnalist, fransız alim-şərqşünası;

- Hilal Sezgin – Almaniyada siyasi şərhçi və islam, islamafobiya, islam feminizmi haqqında kitabın müəllifi;

- Anna Stamo – Yunanıstan Müsəlmanları Assosiasiyasının əməkdaşı, yetkin yaşda islamı qəbul edib, müsəlmanlar üçün məscidlərin tikilməsi, qəbiristanlıqlar üçün yer ayrılmasının tərəfdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar