Dünyanın ən nüfuzlu şəxslərinin reytinqi açıqlandı
04 noyabr 2010 15:32 (UTC +04:00)

Dünyanın ən nüfuzlu şəxslərinin reytinqi açıqlandı

Dünyanın ən nüfuzlu şəxslərinin reytinq cədvəli açıqlanıb. Lent.az-ın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, birinci yerdə Çin Xalq Respublikasının rəhbəri Xu Tszinao qərarlaşıb.

O, dünya əhalisinin 1/5-nin, 1,3 milyard insanın yaşadığı, ABŞ-dan sonra ikinci ən böyük iqtisadiyyata malik ölkəni idarə edir. Xi Tszinaonu ABŞ prezidenti Barak Obama izləyir. Üçüncü yerin sahibi Səudiyyə Ərəbistanının kralı Abdall bin Abdel Azizdir.

Reytinq cədvəlinin dördüncü pilləsində Rusiyanın baş naziri Vladimir Putin var. Nüfuzlu insanların ilk onluğunda Roma Papası XYI Benedikt, Almaniyanın baş naziri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, ABŞ maliyyəçisi Ben Bernank, Hindistanın hakim partiyasının lideri Sonya Qandi və “Microsoft”un qurucusu Bill Qeyts var.

Rusiya prezidenti Dmitri Medvedev dünyanın ən nüfuzlu insanlarının siyahısında 12-ci yerin sahibi olub. Dünyanın ən varlı şəxsi Karlos Slim yalnız 22-ci pilədə, düynanın üçüncü ən böyük maliyyə qrupunun sahibi Uorren Baffet isə siyahının 43-cü pilləsində özlərinə yer tuta biliblər. 26-cı pilədə “Facebook”un qurucusu Mark Tsukerberq qərarlaşıb. BMT baş katibi Pin Gi Mun yalnız 47-ci pilədə yer alıb.

Dünyanın “bir nömrəli terrorçusu” Üsamə bin Laden isə 57-ci pillədədir. Ondan 3 pillə aşağıda isə meksikalı narkobaron, “İnterpol” xətti ilə axtarılan Xoakin Qazman gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar