Merkelə, Sarkoziyə və Berluskoniyə bombalı zərflər göndərilib
Partlayış təhlükəsi səbəbindən Yunanıstanda 2 sutka ərzində aviareyslər dayandırılıb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bu, Yunanıstanda poçt vasitəsilə partlayıcı maddələr göndərilməsinin aşkarlanması ilə əlaqədardır.
Qeyd edək ki, Yunanıstanda naməlum şəxslər zərfin içərisində poçtla Almaniyanın baş naziri Angela Merkel, Fransa prezidenti Nikolas Sarkoziyə partlayıcı maddə göndəriblər. Partlayıcılar Afinada aşkarlanıb. “Evropol” və Avropa Məhkəməsinə göndərilən partlayıcılar da elə Afinanın beynəlxalq aeroportunda məhv edilib.
İtaliyanın baş naziri Silvio Berluskoniyə zərfdə göndərilən partlayıcı isə poçt yükünü aparan təyyarə havaya qalxandan sonra aşkarlanıb. Afinadan qalxan təyyarə təcili olaraq Bolonya şəhər aeroportuna enib.
Yunanıstandakı xarici ölkə səfirliklərinə də zərflə göndərilən bomba aşkarlanıb. Rusiya səfirliyinə də zərfdə bomba gəlib. Partlayıcılar zərərsizləşdirilib.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 10:07
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06
Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57