Arnold Şvartsnegger postunu Cerri Brauna verəcək
Noyabrın 2-də Kaliforniyada keçirilən qubernator seçkilərində Demokratlar Partiyasının namizədi, ştatın baş prokuroru Cerri Braun qalib gəlib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Cerri Braun 1975-1983-cü illərdə Kaliforniyanın qubernatoru olub.
Bu dəfə o, Kaliforniyanın qubernatoru postunda respublikaçı Arnold Şvartsneggeri əvəz edəcək. Arnold Şvartsnegger iki dəfə ştatın qubernatoru seçilib və qanunlara görə, üçüncü dəfə seçkilərə namizəd kimi qatıla bilməyib.
Kaliforniya ştatında demokratların namizədi Barbara Bokser də dördüncü dəfə Konqresin Nümayəndələr Palatasına seçilməyi bacarıb.
Dünən 37 ştatda qubernator seçkisi də keçirilib. Bununla bərabər, Konqresin Nümayəndələr Palatasının 435 deputatı, o cümlədən Senatın 10 üzvü yenidən seçilib. Nümayəndələr Palatasında respublikaçılar 435 yerdən 229-a yiyələnərək, demokratların çoxluğuna son qoyublar. Bundan əvvəl Nümayəndələr Palatasında demokratlar 255, respublikaçılar 178 mandatın sahibi olublar.
100 senatorun yer aldığı Senatda isə demokratlar hələ ki, üstünlüklərini qoruyurlar, yəni minimum 51 yerin sahibidirlər. Ancaq 10 senatorun yenidən seçilməsi ilə respublikaçılar Senatda təmsilçilərinin sayını artıra biliblər. 10 senatorun yenidən seçilməsinə qədər demokratların Senatda 59, respublikaçıların 41 nümayəndəsi vardı. İndi respublikaçılar senatorlarının sayını ən azı 46-ya çatdırıblar. 3 senatorla bağlı seçkinin nəticələri isə hələ açıqlanmayıb.
Senatda öz yerlərini qoruyanlar arasında respublikaçı Con Makkeyn də var. O, artıq beşinci dəfə bu posta seçilir.
Artıq Nümayəndələr Palatasında üstünlüyü ələ alan respublikaçılar namizədlərini də müəyyənləşdiriblər. Nümayəndələr Palatasının ermənipərəstliyi ilə tanınan demokrat sədri Nensi Pelosini bu postda respublikaçı Con Beynerin əvəzləyəcəyi gözlənilir.
Beləliklə, bu seçkilər demokrat prezident Barak Obamanın qanını qaraldan nəticələr ortaya qoyub...

675