İstanbulda özünü partladan PKK-çı olub
Bazar günü İstanbulun Taksim meydanında polis avtobusunun yanında özünü partladanın şəxsiyyəti müəyyənləşib. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, 32 insanın yaralanmasına səbəb olan bu şəxs Vanın Gürpinar rayonunda qeydiyyatda olan 24 yaşlı Vedat Acardır.
Araşdırma zamanı məlum olub ki, Vedat Acar 2004-cü ildə PKK terror təşkilatının sıralarına daxil olub, terror düşərgələrində təlim keçib. O, 3 ay öncə İraqdan, Haburdan Türkiyəyə daxil olub.
Türkiyəyə gələn Vedat Acarın ailəsi İstanbulda Bağcılar məhəlləsində yaşasa da, 1 ay əvvəl ailəsindən ayrılaraq Bahçelievlər Şirinevlər məhəlləsində bir ev kirayələyib. Olaydan əvvəl Vedat Acar kirayə qaldığı evin sahibindən 15 buz qabı istəyib. Barda işləyən ev sahibi bu qabları gətirib. Vedat Acar bu qablardan ikisindən partlayış zamanı istifadə edib, digər 13 qab qaldığı evdə aşkarlanıb.
Polis 7 nəfərin ifadəsini alıb.
Qeyd edək ki, PKK terror təşkilatı partlayışla əlaqəsinin olmadığını, atəşkəs elan etdiyini bəyan etmişdi.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 10:07
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06
Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57