Yaponiya Rusiyadakı səfirini müvəqqəti geri çağırdı
Noyabrın 1-də Rusiya prezidenti Dmitri Medvedevin Kurill adalarına səfərinə etiraz əlaməti olaraq Yaponiya Moskvadakı səfirini geri çağırıb. Lent.az-ın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Xarici İşlər Naziri Seydzi Maexar söyləyib.
Qeyd edək ki, İkinci Dünya Müharibəsinin gedişində işğal olunmuş bu adaları Yaponiya öz torpaqları sayır və adaların geri qaytarılmasını tələb edir. Bu səbəbdən də 1945-ci ildən indiyə qədər Moskva və Tokio arasında sülh müqaviləsi imzalanmayıb. Dmitri Medvedevin səfərindən əvvəl Yaponiya hökuməti bu səfərin ləğv edilməsini istəmiş, ancaq rəsmi Moskva buna rədd cavab vermişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Kurill adaları Rusiyanın ərazisinə daxildir və prezident Rusiyanın hər hansı bölgəsinə səfərlə bağlı özü qərar verir.

Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42