ABŞ ordusu daha bir ölkəyə hücuma keçir
ABŞ Yəmənin cənubunda hərbi əməliyyatlara başlamaq üçün bu ölkənin hökumətindən icazə istəyib. Lent.az-ın “New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, pilotsuz təyyarələr Yəmənin cənub rayonlarına istiqamətləndirilib.
“Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan, 20 yaşlı tibbi təhsil alan yəmənli qızın ABŞ-ın Çikaqo şəhərində iki sinaqoqa printer formasında qutulara yerləşdirilmiş bombalar göndərməsi Vaşinqtonun səbrini daşırıb. Məsələ həm də ondadır ki, ABŞ kəşfiyyatında Üsamə bin Ladenin terror təşkilatının əsas qüvvələrini uzun müddətdir ki, Yəmənin cənubunda, “əl-Qaidə”nin nəzarətindəki rayonlara cəmlədiyi barədə məlumatlar var. ABŞ-ın “əl-Qaidə” terror təşkilatında Üsamə bin Ladendən sonra ən təhlükəli şəxs saydığı radikal imam Ənvər əl-Avlaki və bomba mütəxəssisi İbrahim Hasan əl Asiri də Yəməndədirlər.
Ancaq 11 sentyabr olaylarını bəhanə edərək dərhal Əfqanıstana hücum əmri verən prezident Corc Buşdan fərqli olaraq hazırkı prezident Barak Obama Yəmənə bu ölkənin hökumətinin icazəsi ilə girmək istəsə də, hələ icazə ala bilmir. Yəmən prezidenti Abdullah Əli Salih ölkənin savaş meydanına çevrilməməsi üçün hələ də çalışır. ABŞ-la bərabər Səudiyyə Ərəbistanı da Yəmən hökumətinə təzyiq edir. Prezident Abdullah Əli Salih özü isə “əl-Qaidə” terror təşkilatı qarşısında acizdir. Paytaxt Sana istisna olmaqla ölkənin bütün ərazisi “əl-Qaidə”nin nəzarətindədir. Prezident Abdullah Əli Salih dəfələrlə “əl-Qaidə” liderləri ilə danışıq aparıb, həbsdəki bütün silahlıları azad etməsinin qarşılığında terrorçuların ölkəni tərk etməsini istəsə də, müsbət cavab ala bilməyib. İndi onun özü də terror təşkilatının əsas hədəflərindən biridir.
“New York Times” yazır ki, Barak Obama administrasiyası Yəmən prezidentindən icazə ala bilməsə də, pilotsuz təyyarələri indiki mərhələdə bu ölkəyə göndərməyə qərar verib və hazırda pilotsuz təyyarələr Yəmən səmasında sərbəst uçmaqdadır. ABŞ-ın Qırmızı dənizdəki hərbi gəmiləri və sualtı qayıqları da “əl-Qaidə” terror təşkilatının düşərgələrini raket atəşinə tutub. Əgər Yəmən prezidenti bir az da israr etsə, ABŞ ordusu yaxın günlərdə icazəsiz birbaşa quru əməliyyatlarına başlayacaq.
Qeyd edək ki, Üsamə bin Laden üçün Yəmən xüsusi bir ölkədir. “Əl-Qaidə” liderinin atası məhz Yəməndə dünyaya göz açıb, sonradan Səudiyyə Ərəbistanına köçüb...

Oxşar yazılar

İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06
Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
19 iyun 2025 , 16:51
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50