Putinin qızı koreyalıya ərə getməyə hazırlaşır
29 oktyabr 2010 17:32 (UTC +04:00)

Putinin qızı koreyalıya ərə getməyə hazırlaşır

Rusiyanın baş naziri Vladimir Putinin kiçik qızı Koreyanın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşlarından birinin oğluna ərə getməyə hazırlaşır. Lent.az-ın “Korea Joongang Daily” qəzetinə istinadən verdiyi məlumata görə, Koreyanın hazırkı səfiri Kvon Çul Xyun bir neçə gün əvvəl keçmiş admiral, bir zamanlar Moskvada səfirlikdə işləmiş Yu Yonq Qu ilə şam yeməyində bir araya gəlib.

Yu Yonq Qu söhbət zamanı bildirib ki, oğlu yaxın vaxtlarda Vıadimir Putinin kiçik qızı ilə evlənməyə hazırlaşır. Qəzet yazıb ki, 23 yaşlı Yekaterina Putina və 25 yaşlı gələcək əri hazırda ABŞ-da oxuyurlar. Əvvəlcə Vladimir Putin bu nikaha qarşı çıxıb, ancaq oğlanın özü ilə görüşdükdən sonra razılıq verib. Vladimir Putinin qızı toydan sonra Koreyada yaşamaq və işləmək istəyir.

Gənclər ilk dəfə 1997-ci ildə Moskvada keçirilən ziyafətdə tanış olublar. Gənc oğlan atasının səfirlikdə missiyası başa çatdıqdan sonra Koreyaya qayıdıb. Yekatrina Putin də 2002-ci ildə Koreyada keçirilən futbol üzrə dünya çempionatını izləmək adı ilə bu ölkəyə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911

Oxşar yazılar