İstanbulu sel aparır
İstanbulda oktyabrın 27-də başlayan yağış indiyə qədər fasiləsiz davam edir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ötən müddətdə hər kvadrat metrə 48 kiloqram yağış düşüb.
Şəhərdə küləyin sürəti saatda 102 kilometrə çatıb. Küyləyin təsiri ilə oktyabrın 28-də axşam saatlarında bir yük maşınının üzərindəki boş konteyner boğaz üzərindəki Fatih Mehmet körpüsünə aşıb. Yolda hərəkət iflic duruma düşüb. Torpağı yuyan sel suları İstanbulda dəniz sahillərinin də rəngini dəyişib. Boğaz və Mərmərə dəninin bir hissəsi qəhvə rənginə bürünüb və bu görüntü görənləri təəccübləndirib.
Cümhuriyyət Bayramı münasibətilə bayraqların asıldığı dirəklər devrilib. Gecə saatlarında Taksim meydanındakı böyük bayraq güclü külək səbəbindən parçalanıb. Şəhərdə onlarla ağac qırılıb, bir çox evlərin damı uçub. İstanbulun bir sıra məhəllələrində evləri su basıb.
Xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir. İstanbulda leysan yağış sabah axşam saatlarına qədər davam edəcək.

Oxşar yazılar

Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
19 iyun 2025 , 16:51
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50
Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32