"Apple" dünyanın ən bahalı şirkəti oldu
01 avqust 2020 08:19 (UTC +04:00)

"Apple" dünyanın ən bahalı şirkəti oldu

 

“Apple” şirkətinin səhmlərinin dəyəri ABŞ birjasında ilk dəfə 400 dolları keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu birja məlumatları göstərir.

Şirkətin qiymətli kağızları ABŞ-ın Şərq sahili vaxtı ilə 11:50-də (Bakı vaxtı ilə 19:50-də) 27,27 dollar (7.09%) bahalaşaraq 412,03 dollar olub. Ancaq sonradan səhmlər yenidən bir qədər aşağı düşüb.

ABŞ şirkətinin bazar kapitalı onun səhmlərinin dəyərinin artması fonunda 1,77 trilyon dolları keçib. “Bloomberg”in hesablamalarına görə, hələ başa çatmamış sessiya zamanı “Apple” qısa müddətdə bu göstərici üzrə “Saudi Aramco” neft şirkətini üstələyib.

Qeyd edək ki, iyulun 30-da “Apple” şirkəti yeni növ koronavirus pandemiyasına baxmayaraq, 2020-ci maliyyə ilinin üçüncü rübündə gəlir və mənfəətinin artdığını açıqlayıb. İyulun 27-də başa çatan rüb ərzində şirkətin gəliri 59,7 milyard dollar, xalis mənfəəti isə 11,3 milyard dollar olub. Bu göstəricilər 2019-cu maliyyə ilinin eyni dövrü ilə müqayisədə artım qeydə alındığını sübut edir. Həmin vaxt şirkətin gəliri 53,8 milyard dollar, qazancı isə 10 milyard dollar idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3493
avatar

Oxşar yazılar