2020-ci il avqustun sonunda Ginnesin Rekordlar Kitabının nümayəndələri dünyanın ən yaşlı evli cütlüyü ilə bağlı qeydi yeniləyiblər.
Lent.az-ın məlumatına görə, rekord sahibləri Julio Mora Tapianın 112 və Valdramina Quinterosun isə 105 yaşı var.
Cütlük 1941-ci il fevralın 7-də evlənib.
Onların nikahı valideynlərindən gizlətmələri və müvafiq olaraq ailələrinin xeyir-duasından məhrum olmaları da bir ayrı diqqət çəkir.
Toy zamanı bəyin az qala 31, gəlinin isə 26 yaşı vardı.
Hər iki rekordçu Ekvadorda yerləşən Kito şəhərindən olan təqaüdçü müəllimlərdir.
Qızları Cecilia bildirib ki, yaşlarının çox baxmayaraq, onların aydın düşüncəsi və güclü fiziki sağlamlığı var:
“Bu, yəqin ki, həyatları boyu daimi zehni fəaliyyətin nəticəsidir”.
Ümumilikdə cütlüyün dörd övladı, 11 nəvəsi, 21 nəticəsi və bir kötücəsi var.
Julio və Vildramina, birlikdə yaşı 212 olan ABŞ cütlüyü Con və Şarlotte Hendersonun rekordunu geridə qoyublar.