Qəddafinin tibb bacısı: “O, bizimlə atamız kimi rəftar edir”
05 aprel 2011 13:56 (UTC +04:00)

Qəddafinin tibb bacısı: “O, bizimlə atamız kimi rəftar edir”

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin onlara münasibətinə toxunan Oksana Balinskaya deyib ki, insan sanki öz atası ilə işləyir. Tibb bacısı Müəmmər Qəddafinin hər il sentyabrın 1-də onlara üzərində öz təsviri olan İtaliya istehsalı qızıl saat bağışladığını bildirib. Onun sözlərinə görə, Müəmmər Qəddafi 70 yaşında olsa da, sağlamlığına görə ona çoxu həsəd apara bilər: “Müəmmər Qəddafi hər il müayinədən keçir. Təzyiqi də normaldır”.


Oksana Balinskaya qeyd edib ki, Müəmmər Qəddafi hər dəfə xarici səfərə gedən zaman 3 təyyarə lazım olub. Təyyarələrin birində Liviya lideri və onu müşayiət edənlər, birində yüklər, digərində isə avtomobillər olub: “Ata özü isə həmin ölkəyə çatanda ABŞ istehsalı olan zirehli limuzində hərəkət edib. Əgər səfər edilən yer çöllükdürsə, “Cip” avtomobilindən istifadə olunub. Onu da deyim ki, şəxsi heyət heç vaxt ondan narazı qalmayıb. Müəmmər Qəddafi şəxsən bizə xarici ölkələrdəki mağazalardan alış-veriş etmək üçün pul verib”.


Oksana Balinskaya onu da vurğulayıb ki, Müəmmər Qəddafinin baş tibb bacısı mətbuatın yazdığı kimi ukraynalı Qalina Kolotnitskaya yox, Serbiyadan Draqa adlı xanım olub. O, Müəmmər Qəddafinin sevdiyi yeməklərdən də söz açıb: “O, dəvə və qoyun ətindən bişirilən yeməkləri, İtaliya mətbəxini, xüsusən makaronu çox xoşlayır”.


Oksana Balinskaya liviyalıların Müəmmər Qəddafini sevdiyini də iddia edib: “Hazırda Tripolidə xaricilər yox, liviyalılar üçün evlər tikilir. Hansı ölkədə benzini və suyu Liviyadakı kimi ucuz almaq olar?”
Tibb bacısı tezliklə Liviyaya, Müəmmər Qəddafinin yanına qayıtmağa da hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar