Türkiyədə intihar etdiyi güman olunan şəxsin qətlə yetirildiyi üzə çıxıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Düzce şəhərinin Yeni Məhəllə adlanan ərazisində qeydə alınıb.
Yaxınlarının əlaqə saxlaya bilmədiyi 45 yaşlı İsa Şahin yaşadığı evdə ölü halda tapılıb. İlkin ehtimal intihar olsa da, mərhumun bədənindəki kəsiklər və divardakı qan ləkələri hadisənin qətl olduğunu üzə çıxarıb.
Polis bununla əlaqədar ərazidəki kamera görüntülərinə baxıb. Nəticədə sonuncu dəfə mərhumun evində olan E.K. şəhər mərkəzində gizləndiyi anasının evində saxlanılıb. O, ifadəsində İsa Şahinlə spirtli içki qəbul edərkən əsəbiləşərək onu öldürdüyünü etiraf edib.
Şübhəli ifadəsi alınandan sonra barəsində həbs qətimkan tədbiri seçilib.