
Goranboyda evdə güclü yanğın: kişi öldü, arvadı... - FOTO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Goranboyda baş vermiş yanğın barədə məlumat yayıb.
Lent.az-ın xəbərində görə, məlumatda bildirilir ki, Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
07:12
Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində baş verən güclü yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı dünyasını dəyişən ev sahibi A.Verdiyevin həyat yoldaşı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
***
06:34
Goranboyun Kürək-Çay qəsəbəsində baş verən güclü yanğın nəticəsində ev sahibi Altay Verdiyv yanaraq dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
06:11
Goranboyda güclü yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.
Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN -ın Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib.
İlkin məlumata görə, ev sahibi içəridə qalıb. Ərzidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.
Yanğının qaz sızmasından baş verdiyi bildirilib.

Oxşar yazılar

Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00
Vüqar Səfərli məhkəməyə müraciət etdi: iş icraata verilib
23 yanvar 2021 , 12:43DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: ALDANMAYIN!
23 yanvar 2021 , 12:33