Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında MÜZAKİRƏ
20 noyabr 2020 15:05 (UTC +04:00)

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında MÜZAKİRƏ

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1709

Oxşar yazılar