2485
18:57
18 Noyabr 2020

Azyaşlı qızına narkotik satdıran ata tutuldu

Moskvada polis əməkdaşları Şipilovskaya küçəsindəki bir evin girişində narkotik satan 10 yaşlı bir qız uşağına rast gəliblər.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, Zyablikov rayonundakı yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin əməkdaşları, əhalinin sosial müdafiəsi şöbəsinin nümayəndələrinin iştirakı ilə axtarış aparıblar və uşaqdan mənşəyi məlum olmayan 76 paket götürülüb.

Ekspertizanın nəticələrinə görə, on paketdə narkotik maddə metadon olan 1,04 qram ağırlığında bir maddə olub. Müsadirə olunmuş bağlamaların qalan hissəsi ekspertizaya göndərilib.

Polis uşağın 47 yaşlı atasını saxlayıb və axtarış zamanı mənşəyi bilinməyən 9 paket şakar olunub. Bundan başqa, daha bir şübhəli saxlanılıb.

Qız hazırda xəstəxanadadır. Cinayət işinin istintaqı davam edir.

Dİgər xəbərlər