716
19:49
16 Noyabr 2020

Sərnişin təyyarəsi ayını vurub öldürdü

Alaska Airlines hava şirkətinə məxsus təyyarə Alyaskada eniş zamanı ayını vurub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, nəticədə ayı ölüb, hava gəmisi isə zədələnib.

Hadisə ötən həftənin şənbə günü təyyarənin Yakutat hava limanına enişi zamanı baş verib. Alyaska ştatının ictimaiyyətlə əlaqələr üzrə departamentini şöbə rəisi Sem Dapçeviç deyib ki, Boeing 737-700-ün enişi zamanı hava limanının əməkdaşları uçuş-eniş zolağını təmizləyiblər. Ancaq eniş zamanı pilotlar iki ayının qaçdığını görüblər.

Kapitan ayılar təyyarənin altına girəndən sonra sol tərəfdən zərbə dəydiyini hiss edib. Beləliklə, ayılardan biri ölüb, o biri sağ qalıb.

Dİgər xəbərlər