94
10:29
16 Noyabr 2020

Koronavirus xəstəsi evdən çıxıb getdi

Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerindən çıxdığı müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M.Allahverdiyev barəsində Qax rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.

Dİgər xəbərlər