Serxio Ramos Avropa rekorduna şərik oldu
12 noyabr 2020 10:36 (UTC +04:00)

Serxio Ramos Avropa rekorduna şərik oldu

İspaniya millisinin futbolçusu Serxio Ramos Avropa rekorduna şərik çıxıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi yığmasının heyətində 176-cı matçına çıxıb.

Bu, Niderlandla dünənki yoldaşlıq görüşündə (1:1) gerçəkləşib. Ramos bununla da Canluici Buffonun Avropa rekorduna çatıb. İtaliya yığmasının sabiq qolkiperi də eyni sayda matç keçirib.

Qeyd edək ki, dünya rekordu Əhməd Həssənə məxsusdur. O, 1995-2012-ci illərdə Misir yığmasında 184 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar