67
13:25
11 Noyabr 2020

İki azyaşlının ölümü ilə bağlı cinayət işi başlandı - RƏSMİ

Bu gün saat 05 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində 2 azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lent.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olmuş, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.

Faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər