Hüquq müdafiəçilərindən düşmənin mülki cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara TƏKLİFLƏR
04 noyabr 2020 16:04 (UTC +04:00)

Hüquq müdafiəçilərindən düşmənin mülki cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara TƏKLİFLƏR

“Müharibə tək cəbhədə deyil, həm də beynəlxalq təşkilatlarla, beynəlxalq ictimaiyyətlə gedir. Yəni, biz həm də informasiya cəbhəsində müharibə aparırıq. Ona görə də qərara gəldik ki, bu cür hesabat hazırlayaq və beynəlxalq təşkilatlara göndərək”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən birifinqdə Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, hesabatda 27 sentyabrdan bu yana olan hadisələr əcnəbilər üçün qruplaşdırılıb: “Hesabatda Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunan qadağan edilmiş silahlarla bağlı məlumat verilib. Hesabatda olan faktlar ANAMA-nın və Baş Prokurorluğun məlumatlarına əsaslanır. Biz bu hesabatı hazırlayarkən əcnəbilər üçün maraqlı olmasına diqqət etmişik. Ona görə də hesabatı yığcam və çoxlu faktlar əsasında hazırlamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934

Oxşar yazılar