İranda yüksək vəzifəli general koronavirusdan öldü
02 noyabr 2020 18:11 (UTC +04:00)

İranda yüksək vəzifəli general koronavirusdan öldü

İran İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat xidmətinin rəhbərinin müavini, briqada generalı Həmid Mirzayi koronavirusdan ölüb. 

APA-nın Tehran bürosunun məlumatına görə, briqada generalı oktyabrın 31-də COVID-19-dan həyatını itirib.

İran Səhiyyə Nazirliyinin açıqladığı son statistikaya görə, indiyədək ölkədə koronavirusdan 35 738 nəfər vəfat edib. Həmçinin ölkənin çox sayda hərbi və dövlət rəsmisi də koronavirusdan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031

Oxşar yazılar