İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi - VİDEO
30 oktyabr 2020 13:15 (UTC +04:00)

İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi - VİDEO

Xaçmaz rayonu Qımılqışlaq kənd sakini, hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman həlak olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi olub.

Lent.az məlumat verir ki, Baxışova Pedoqoji Kolleci bitirməsinə baxmayaraq, sonradan tibbi kurs keçərək N saylı hərbi hissədə, hərbi tibb qulluqçusu kimi xidmətə başlayıb və savaşa qatılıb. İki azyaşlı övladını anasına əmanət edən Arəstə bir ay əvvəl mətbuatda çıxış edərkən bu sözləri deyib:

“Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur. O da hərbiçi olmaq niyyətindədir. Varlığımla inanıram ki, nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarımızda xidmət edəcəklər”.

# 3697
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar