Yeməyi gec hazırlayan  arvadının saçlarını yoldu  - Bakıda ŞOK
28 avqust 2026 14:34 (UTC +04:00)

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda ŞOK

0

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

47 yaşlı Elmir Heybətov (şərti adla) yeməyin gec hazırlanması səbəbilə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, qadının saçlarından tutaraq yolub və itələyərək, dirvara çırpıb. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.

Faktla bağlı Elmir Heybətov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2006-cı ildə rəsmi olaraq ailə həyatı qurub və iki övladı var:

“Hadisə günü saat 19:30-da yaşadığımız evin qonaq otağında olan zaman arvadım Ramilə (şərti adla) ilə aramızda sözlə mübahisə yarandı. Mübahisəyə səbəb o olub ki, işdən evə yorğun gəlib yuyunub bir neçə dəqiqə evin qonaq otağında olan divanda əyləşmişdim. Ramiləyə dedim ki, stolu hazırlasın. Həmin vaxtı Ramilə qonaq otağına keçərək aqressiv şəkildə işdən evə gec gəldiyini bir neçə dəqiqə yemək hazır olacağını dedi. Ramilə mənimlə aqressiv şəkildə danışdığı üçün əsəbiləşdim və stolun üzərində qayınanamdan yadigar qalan boşqabı yerə çırparaq sındırdım. Bu zaman Ramilə mətbəx otağından çıxaraq mənimlə əsəbi halda niyə xatirə qalan qabı sındırdığımı deyərək mübahisə etdi. Yenə əsəblərimi sakitləşdirmək üçün stoldan ayağa durmadım. Lakin Ramilə mətbəxə keçərək mənə irad bildirdi. Mən də onun yanına keçərək saçından əlimlə tutub yoldum və daha sonra itələyərək divara çırpdım. Hadisədən sonra evdən bayıra çıxdım”.

E. Heybətov yekun olaraq, əməlindən peşman olduğunu bildirib.

Zərərçəkən Ramilə Heybətova isə ərinin spirtli içkiyə aludə olduğunu deyib:

“Elmir uzun müddətdir ki spirtli içki qəbul edir və spirtli içki aludəçisidir. Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdən sonra evdə mübahisə yaradır. Hadisə günü mübahisəyə səbəb isə işdən yorğun gəldiyim üçün axşam yeməyini gec hazırlamağımdır. Bu zaman Təqsirləndirilən şəxs yeməyi niyə gec hazırladığımı soruşdu. Mən də işdən yenicə gəldiyimi, bir neçə dəqiqəyə yemək hazır olacağını dedim. Həmin vaxtı həyat yoldaşım Elmir stolun üzərində olan anamdan yadigar qabı yerə ataraq sındırdı. Onun bu hərəkətlərinə öz iradımı bildirəndə Elmir iradları qəbul etmədi və mübahisəmiz böyüdü. Həmin vaxtı mətbəxdə yarımçıq qalan işimi görmək üçün keçdim. Sonra Elmir də mətbəxə keçərək mənimlə aqressiv şəkildə danışaraq üzərimə hücum çəkdi, saçımdan tutaraq yoldu və əli ilə itələyərək divara çırpdı. Yıxılmamağım üçün sol qolumu divara dayadım və qolumdan xəsarət aldım”.

Zərərçəkmiş hazırda əri ilə bir evdə qalsalar da, danışmadıqlarını və Elmirlə barışmadıqlarını deyib.

Məhkəmənin qərarı ilə Elmir Heybətov 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar