Azərbaycan əsilli türk model də Azərbaycana dəstək oldu  - FOTO
15 oktyabr 2020 17:14 (UTC +04:00)

Azərbaycan əsilli türk model də Azərbaycana dəstək oldu - FOTO

Türkiyənin məşhur modeli Çağla Şıkel Azərbaycana dəstəyini nümayiş etdirib.

Lent.az xəbər verir ki, məşhur model “Instaqram”  hesabının hekayə bölümündə foto paylaşaraq Mustafa Kamal Atatürkün dediklərini yazıb:

“Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

Bundan əlavə, Çağla sözügedən posta “İki dövlət, bir millət” sözlərini də əlavə edib.

Qeyd edək ki, Çağla Şikel Azərbaycan əsillidir.

# 1012
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar