Tovuzda zəncirvari QƏZA:  ölən var
07 sentyabr 2026 23:12 (UTC +04:00)

Tovuzda zəncirvari QƏZA: ölən var

0

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “Opel” və VAZ-2106 markalı avtomobillərə çırpılıb.

Zəncirvari qəza nəticəsində “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Ə. Qasımov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar