09:14
14 Oktyabr 2020

Dülgər sexində yanğın oldu

Şəkidə dülger sexində yanğın olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 60 m² olan dəmir konstruksiyalardan ibarət dülgər sexinin divarında quraşdırılan elektrik sayğacı, içərisində 2 ədəd dəzgah və taxta material 5 m³ yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər