10:14
08 Oktyabr 2020

Azərbaycan əsilli siyasətçilərdən İsveç parlamentinə MÜRACİƏT

İsveç Krallığında yaşayan Azərbaycan əsilli siyasətçilər bu ölkənin parlamentinin xarici əlaqələr üzrə komitəsinə müraciət ünvanlayıb.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, İsveç Krallığının parlamentində təmsil olunan partiyalarin seçkili orqanlarında, regionlarda və bəllədiyyələrdə siyasi vəzifə daşıyan Azərbaycan əsilli siyasətçilər Aida Kərimli, İradə Əliyeva Söderberg, Turan Əliyev, Firudin Ələsgərov, Xalidə Marefat İsveç Krallığının xarici əlaqələr üzrə komitəsinə və komitənin 48 millət vəkilinə Dağlıq Qarabağ məsələsi ilə bağlı məktub ünvanlayıblar.

Məktubda Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan ordusu tərəfindən işğal edilməsi, beynəlxalq qanunlara əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyindən bəhs edilib. Həmçinin, İsveç dövlətinə bu məsələdə daha fəal olmaqla bağlı çağırış edilib.

Məktubun tam mətni bu linkdə:

https://m.facebook.com/story.php?story_fbid=10158191746217663&id=674487662

Dİgər xəbərlər