23:46
06 Oktyabr 2020

“Ermənistanın Bakı-Tbilisi-Ceyhan kəmərinə hücum cəhdləri boşa çıxıb” - Hikmət Hacıyev

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında bildirib.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.

Dİgər xəbərlər