Bakının mərkəzində qətl
29 sentyabr 2020 19:08 (UTC +04:00)

Bakının mərkəzində qətl

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə sentyabrın 28-də saat 5 radələrində Bakı şəhər sakini Emrah Mustafazadənin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

# 517
avatar

Mehman Nəbiyev

Oxşar yazılar