Düşmənin mərmisi İctimai Televiziyanın maşınının yaxınlığına düşdü
29 sentyabr 2020 12:11 (UTC +04:00)

Düşmənin mərmisi İctimai Televiziyanın maşınının yaxınlığına düşdü

İctimai Televiziyanın avtomobili Tərtər rayununun Qapanlı kəndində hücuma məruz qalıb.

APA-nın məlumatına görə, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, ermənilərin atdığı mərmi avtomobilin bir neçə metrliyinə düşüb. Atəşdən sonra avtomobil dərhal təlükəsiz əraziyə aparılıb.

Hücum nəticəsində televiziya əməkdaşlarından xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar