Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkətindəki dəyişiklik ləğv edildi
28 sentyabr 2020 15:41 (UTC +04:00)

Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkətindəki dəyişiklik ləğv edildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə etdiyi dəyişikliyi ləğv edib.

ADY-dən Lent.az-a verilən məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişikliyi ləğv edilib. Beləliklə, Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

Xatırladaq ki, ölkədə komendant saatının tətbiq edilməsi ilə əlaqədar ADY Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik etmişdi.

# 1003
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar