Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub - XİN - YENİLƏNİB
27 sentyabr 2020 18:38 (UTC +04:00)

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub - XİN - YENİLƏNİB

Bu il sentyabrın 27-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsindən Lent.az-a verilən məlumata görə, telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.

Nazir Ceyhun Bayramov bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını qeyd edib və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib.

Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyi qeyd olunub.

***

15:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qəflətən gərginləşməsini müzakirə ediblər.

S. Lavrov təmas xəttində dinc əhali daxil olmaqla, insan itkilərinə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlarla bağlı narahatlığını ifadə edib.

Rusiya tərəfi tezliklə atəşin dayandırılmasının vacibliyini vurğulayıb.

Qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vəziyyətin sabitləşməsinə istiqamətlənən vasitəçi səylərinə davam edəcək.

# 823
avatar

Oxşar yazılar