MN: Bir neçə kənd və yüksəkliklər işğaldan azad edilib - SİYAHI
27 sentyabr 2020 14:08 (UTC +04:00)

MN: Bir neçə kənd və yüksəkliklər işğaldan azad edilib - SİYAHI

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, hazırkı məlumata görə, Füzuli-Cərbayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib: “Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağ  istiqamətində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.

# 2188
avatar

Oxşar yazılar