08:20
27 Sentyabr 2020

"Belarusda yoluxmanı artıran etiraz aksiyalarıdır" - Səhiyyə naziri

Belarus Səhiyyə naziri vəzifəsini icra edən Dmitri Pineviç ölkədə koronavirusa yoluxma hallarının tədricən artma səbəbini ölkədə davam edən kütləvi etiraz aksiyaları ilə bağlı olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, nazir bu barədə “Belarus-1” telekanalına verdiyi müsahibədə deyib.

Dmitri Pineviç qeyd edib ki, kütləvi etiraz aksiyaları zamanı heç bir karantin rejimi qaydaları gözlənilmir – sosial məsafə saxlanılmır: “Yoluxmanın artma səbəbi Minskdə bu gün, şənbə günü - həftə sonları müşahidə etdiyimizi icazəsiz etiraz aksiyalarıdır. Əvvəllər gündə 200-dən çox yoluxma hadisəsi olurdusa, son bir neçə gündə bu artımın 300-dən çox olduğunu görürük”.

Nazir təəssüf hissilə vurğulayıb yoluxmanın 50 %-ə yaxın hissəsi paytaxt Minskin payına düşür: “Son bir gündə respublikada 332 yeni yoluxma aşkarlanıb, bir gün əvvəl isə 306 idi. Ölkədə yoluxmuş insanların ümumi sayı 77 289-a (respublika əhalisinin 0,8%-dən çoxu) çatıb. Ümumilikdə ölüm sayı 813-dür”.

Dİgər xəbərlər