Azərbaycan çempionatının I Divizionunun püşkü atıldı
24 sentyabr 2020 15:54 (UTC +04:00)

Azərbaycan çempionatının I Divizionunun püşkü atıldı

Azərbaycan çempionatının I Divizionunda 2020/21 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir bu gün AFFA-nın inzibati binasında təşkil olunub.

10 komandanın mübarizə aparacağı yarışa oktyabrın 1-də start veriləcək. İlk turun görüşləri iki günü əhatə edəcək. 3 dövrədən - 27 turdan ibarət olacaq turnirdə 5 klub və 5 əvəzedici komanda qüvvəsini sınayacaq. Bunlar “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”,  MOİK və “Qaradağ Lökbatan”dır.

I dövrədə ev sahibi olacaq komandalar III dövrədə də oyunlarını öz meydanlarında keçirəcəklər.

I turun cütləri:

“Keşlə-2” – “Kəpəz”

“Sumqayıt-2” - “Qarabağ-2”

“Qaradağ Lökbatan” – MOİK

“Turan Tovuz” - “Zaqatala”

“Neftçi-2” - “Sabah-2”

# 1045
avatar

Oxşar yazılar