Kəngərlidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.
"KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 32 yaşlı Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı 26 yaşlı Quliyeva Gülarə Elçin qızı xəsarət alıb. Onların bir neçə aylıq övladı Rəvan isə həyatını itirib.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.